Naftalan sakininə ona aid olmayan avtomobilin cəriməsi gəlir.
“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən Elsəvər Nəcəfov ona Bakı şəhərində sürülən avtomobilin dayanma-durmaya görə qayda pozduğu üçün 2 dəfə cərimə protokolu gəldiyini bildirib.
Xezerxeber.az-ın məlumatına görə, şəhər sakininə ilk cərimə 6 ay öncə gəlib, onu ödəyib. Bir müddət sonra isə yenidən gələn cərimə protokolu onu narahat edib. Adiyyəti qurumlarla məsələni aydınlaşdırdıqda məlum olub ki, onun iştirakı olmadan adına etibarnamə verilib.
Naftalan sakini, məsələnin həll edilməsi üçün adiyyəti qurumlardan kömək gözləyir.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan “Xəzər Xəbər”ə bildirildi ki, vətəndaşın müraciəti daxil olub. Şikayət ilə bağlı müvafiq araşdırma aparıldıqdan sonra məsələ həllini tapacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: