AZ

Xocalıya növbəti köç yola salınıb

Aprelin 28-də  Xocalıya 137 nəfər olmaqla 33 ailə yola salınıb. Bu barədə Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Agentliyi məlumat yayıb. 
 
Bununla da Xocalya köçürülən ailələrin sayı 85-ə çatıb. 

Prezident İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Qarabağa Qayıdış Proqramı çərçivəsində 2026-ci ilə qədər Xocaıya əhalinin köçürülməsi nəzərdə tutulub. 
 İkinci Qarabağ Müharibəsindən sonra 9306 nəfər olmaqla 2400 ailə işğaldan azad olmuş ərazilərə köçürülüb.
 Son 4 ildə Qarabağın yenidənqurulmasına və bərpasına 22 milyard manata yaxın vəsait xərclənib. 
 Növbəti il üçün proseslərin davamına 4 milyard manat ayrılması proqnozlaşdırılır.  

Aytac 
 

Seçilən
5
anews.az

1Mənbələr