İtaliya çempionatının 34-cü turunda “Napoli” “Torino”nu qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.
Vətəninfo.az xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçi Skott MakTominay italiyalı Antonio Kontenin rəhbərlik etdiyi komandanın heyətində dubl edib.
Çempion “İnter”i 3 xal qabaqlayan “Napoli” 74 xalla turnir cədvəlinə başçılıq edir. “Torino” 43 xalla 10-cudur.
İtaliya çempionatı, 34-cü tur
Napoli – Torino: 2:0 ( video )
Scott McTominay, 7, 42