Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına olan borcunu ödəməyi planlaşdırır. Bu barədə SPA agentliyi iki ölkənin birgə bəyanatına istinadən məlumat yayıb.
“Səudiyyə Ərəbistanı və Qətərin maliyyə nazirlikləri Suriyanın Dünya Bankına olan təxminən 15 milyon dollarlıq borcunu ödəyəcəklərini açıqlayıblar”, - bəyanatda deyilir.
Ölkələr qeyd ediblər ki, borcun ödənilməsi Dünya Bankına Suriyaya dəstəyini davam etdirməyə imkan verəcək.
Aprelin 20-də Suriyanın maliyyə naziri Məhəmməd Yaser Barnia ölkənin beynəlxalq maliyyə sisteminə qayıtması imkanlarını müzakirə etmək üçün ABŞ-yə gedəcəyini bəyan etmişdi. Onun sözlərinə görə, ABŞ-də Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz toplantılarında Dəməşqi təmsil edəcək.
Tural