AZ

Xocalı sakini: Doğma yurda qayıtmaq qürurvericidir

Çox həyəcanlıyıq. Doğma yurda qayıtmaq qürurvericidir.

Bunu “Report”a açıqlamasında bu gün Xocalıya köçən keçmiş məcburi köçkün Ləman Hacıyeva deyib.

O, doğma yurduna qayıdış sevincini gizlətməyib:

“Danışa, hisslərimi ifadə edə bilmirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qaynatam Xocalıda şəhid olub.

Xocalı işğaldan azad olunandan sonra ora bir dəfə getmişik. Orada çox dəyişikliklər baş verib. Xocalı ilə bağlı çox arzularımız var. İlk arzumuz ora qovuşmaq idi”.

Qeyd edək ki, bu gün Xocalı şəhərinə daha 33 ailə - 138 nəfər köçürüləcək. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə - 342 nəfərə çatacaq.

Seçilən
14
1
report.az

2Mənbələr