Bakı. Trend:
Aprelin 28-də Kanada sakinləri parlamentin aşağı palatasınınüzvlərini seçmək üçün səsvermədə iştirak edəcəklər.
Trend-inməlumatına görə, Kanadanın sonuncu cağırış İcmalar Palatasında 338yer olub, lakin builki seçkilər üçün onların sayı 343-əçatdırıldı.
Kanadada altı saat qurşağı olduğu üçün seçkilər müxtəlifvaxtlarda açılacaq. Məsələn, Ottavada vətəndaşlar yerli vaxtla saat9:30-dan, Vankuverdə - 7:00-dan başlayaraq səs verə biləcəklər.
İlk nəticələrin Kanadanın Atlantik əyalətlərində seçkiməntəqələri bağlandıqdan az sonra - yerli vaxtla saat 20:30-dansonra açıqlanacağı gözlənilir.