AZ

Lavrov və Rubio Rusiya-ABŞ münasibətlərinə dair fikir mübadiləsi aparıblar

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibiMarko Rubio ilə telefon danışığı aparıb, “məhsuldar fikirmübadiləsi” baş tutub.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlərNazirliyindən bildiriblər.

"Son zamanlar əhəmiyyətli dərəcədə intensivləşən Rusiya-Amerikasiyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsidavam etdirilib", - deyə nazirlik qeyd edib. Rusiya xarici işlərnaziri və ABŞ dövlət katibi bütün səviyyələrdə təmasları davametdirmək barədə razılığa gəliblər.

Qeyd olunub ki, əsas diqqət Ukrayna böhranı mövzusunayönəlib.

“Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusinümayəndəsi Stiven Vitkoff arasında aprelin 25-də baş tutansöhbətin yekunu olaraq nazir və dövlət katibi uzunmüddətli davamlısülhə doğru etibarlı yolun razılaşdırılması məqsədi ilə danışıqlarabaşlamaq üçün yaranan ilkin şərtlərin möhkəmləndirilməsininvacibliyini vurğuladılar”.

Seçilən
12
3
az.trend.az

8Mənbələr