AZ

İtaliya A Seriyası: "İnter" evdə uduzub "taxtdan düşdü"

İtaliya A Seriyasında 34-cü tur start götürüb.

Fanat.Az xəbər verir ki, ilk gündə 7 oyun baş tutub.

“Atalanta”- “Leççe” qarşılaşması bərabərliklə yekunlaşıb. “Komo” öz meydanında “Cenoa”nı, “Fiorentina” “Empoli”ni, “Yuventus” isə “Montsa”nı məğlub edib. “Venesiya” evdə “Milan”a uduzub. “Roma” səfərdə qarşılaşdığı lider “İnter”i tək qolla yenib. Bundan maksimum yararlanan “Napoli” “Torino”nu üstələyərək vahid liderə çevrilib.

İtaliya A Seriyası
34-cü tur
27 aprel

Komo Cenoa 1:0
Qol: Strefezza, 59.

Venesiya Milan 0:2
Qollar: Pulişiç, 5. S.Ximenes, 90+6.

Fiorentina Empoli 2:1
Qollar: Adli, 7. Mandraqora, 25 – Fazzini, 57.

İnter Roma 0:1
Qol: Sule, 22.

Yuventus Montsa 2:0
Qollar: N.Qonsales, 11. Kolo Muani, 33.

Atalanta Leççe 1:1
Qollar: Reteqi, 69-pen – Karlsson, 29-pen.

Napoli Torino 2:0
Qollar: Maktominey, 7; 41.

28 aprel

20:30. Udineze – Bolonya
22:45. Latsio – Parma
22:45. Verona – Kalyari

 

Seçilən
8
fanat.az

1Mənbələr