AZ

Kurskda döyüşən koreyalılara abidə ucaldılacaq

BAKI, 28 aprel. TELEQRAF

“Kursk vilayətinin Ukrayna qoşunlarından azad edilməsi əməliyyatında iştirak edən KXDR döyüşçülərinə abidə ucaldılacaq”.

Teleqraf Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istianadən xəbər verir ki, bu barədə ölkə lideri Kim Çen In deyib.

Şimali Koreya lideri bildirib: “Tezliklə paytaxtımızda KXDR-in qürurlu övladlarının hərbi şücaətləri və qəhrəmanlıqlarının şərəfinə abidə ucaldılacaq. Həlak olan hərbçilərin məzarları üzərinə güllər düzüləcək. Rusiyada ölən hərbçilərin ailələrinə "xüsusi hörmət" və qayğı göstərmək üçün "vacib dövlət tədbirləri" keçiriləcək. Kursk əməliyyatının iştirakçıları KXDR-in qəhrəmanlarıdır”.

Seçilən
29
teleqraf.com

1Mənbələr