AZ

Axır ki, “Erməni xəstəliyi”nin DƏRMANI TAPILDI

Dünyada “Erməni xəstəliyi” adı verilmiş qızdırmadan müalicə ilə bağlı məqamlar açıqlanıb.

Bu barədə Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, “Ailəvi Aralıq dənizi qızdırması” və ya “Erməni xəstəliyi”nin etnik mənşəli olması artıq ötən əsrin 50-ci illərində aydın olub. 1954-cü ildə Livanda tədqiqat aparan ABŞ-nin tibb professoru Hobart A. Reymann yazırdı: "Livan bu xəstəliyin tədqiqi üçün qeyri-adi imkanlar yaradır. Təxminən 1,3 milyon nəfər olan ərəb əhalisi olan ölkədə həmçinin yüz minə yaxın erməni var. Xəstəlik beş il ərzində 72 nəfərdə qeydə alınıb. Xəstələrdən 49-u erməni, 23-ü ərəbdir. Burada xəstəliyin adına “erməni” deyirlər”.

Maraqlıdır ki, Ermənistanın özündə xəstəliyə “İrəvan xəstəliyi” adı verilib.

Hazırda Ermənistanda da sakinlər arasında “Ailəvi Aralıq dənizi qızdırması” geniş yayılıb. Bununla yanaşı, cəmiyyətdə hələ də bu mövzuda müəyyən qadağa var. Hər üç və ya dörd ermənidən biri mutasiyaya uğramış genin daşıyıcısıdır. Bir genetik mutasiya ilə isə heç bir əlamət müşahidə olunmur (ailəvi Aralıq dənizi qızdırmasının simptomları iki mutasiya zamanı özünü göstərir), lakin bu, ermənilər arasında xəstəliyin yayılmasını təsəvvür etmək üçün kifayətdir.

Bununla belə, cəmiyyətdə hələ də bu xəstəliklə bağlı miflər mövcuddur. "Çox vaxt onlar xəstəliyi gizlətməyə çalışırlar; bir çoxları çəkinir, evlənə bilməyəcəklərindən qorxurlar, bu arada yalnız vaxtında aparılan müalicə nəticələrin qarşısını almağa kömək edəcək", - revmatoloq, “Nairi” Tibb Mərkəzinin Revmatoloji-İmmunologiya Xidmətinin rəhbəri Vaan Mukuçyan yerli mətbuata müsahibəsində bildirib.

Seçilən
40
4
publika.az

5Mənbələr