BAKI, 28 aprel. TELEQRAF
Türkiyədə torpaq sürüşməsi nəticəsində ata və iki uşaq həlak olub.
Teleqraf yerli saytlara istinadən xəbər verir ki, Samsunun Canik rayonunda baş verən sürüşmədə yanacaqdoldurma məntəqəsinin yanındakı avtoyuma məntəqəsinin üzərinə qaya parçaları düşüb.
Dağıntılar altından çıxarılan atanı və iki övladını xilas etmək mümkün olmayıb. Onları xəstəxanaya çatdırsalar da, həkimlər yaralıların həyatını qurtara bilməyiblər.
Hadisə yerinə gələn xilasetmə qrupları dörd nəfərlik ailədən yalnız ananı xilas edə biliblər.
Samsun valisi Orhan Tavlı insidenti barədə belə deyib: "Ananı xəstəxanaya apardıq. Ayağında sınıqlar var, hazırda əməliyyat olunur”.