Almaniya piyada əleyhinə minaların və partlayıcı döyüş sursatlarının istifadəsini qadağan edən beynəlxalq konvensiyalardan çıxmaq niyyətində deyil.
APA xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "ARD" telekanalına açıqlama verib.
"Hər bir ölkə bu məsələdə öz qərarını verməlidir. Bu məsələdə çox aydın mövqedəyik", — deyə Pistorius vurğulayıb.