AZ

İlon Mask: Beş il sonra robotlar ən yaxşı cərrahları qabaqlaya biləcək

Robotlar beş il sonra ən yaxşı cərrahları keyfiyyətli tibbi əməliyyatları icra etməkdə qabaqlayacaq.

APA xəbər verir ki, belə bir iddia ilə amerikalı iş adamı İlon Mask çıxış edib.

"Robotlar bir neçə il ərzində yaxşı cərrahları, təxminən isə beş il ərzində ən yaxşı cərrahları qabaqlayacaqlar," - Mask "X" qeyd edib.

Biznesmen əlavə edib ki, onun "Neuralink" şirkəti beyinlərə elektrodlərin yeridilməsi əməliyyatını həyata keçirmək üçün robotlardan istifadə etməyə məcbur olub, çünki insan əlləri bu əməliyyatı tələb olunan sürət və dəqiqliklə yerinə yetirə bilmir.

Seçilən
30
1
apa.az

2Mənbələr