BAKI, 28 aprel. TELEQRAF
Pakistan Hindistanın Cammu və Kəşmir bplgələrindəki terror aktı ilə bağlı beynəlxalq araşdırma aparılmasını istəyir.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin rəhbəri Xavaca Asif açıqlamasında bildirib.
O deyib: "Gəlin Hindistanda, Kəşmirdə baş verən bu hadisənin günahkarı və icraçısının kim olduğunu öyrənək... danışmağın və ya gurultulu bəyanat verməyin heç bir faydası yoxdur. Pakistanın bu işdə iştirakına və ya bu insanların Pakistan tərəfindən dəstəklənməsinə dair konkret sübutlar olmalıdır" dedi.
Asif əlavə edib ki, Pakistana qarşı ittihamlar “boş bəyanatlardan başqa bir şey deyil”.
Aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Baysaran vadisində cığırla qalxan turistlər pulemyotlardan atəşə tutulub.
“Hindustan Times” xəbər verir ki, yerli kəşfiyyat Pakistanın hücumda iştirakına dair sübutlar əldə edib.