AZ

Nəqliyyat pilotu şəhadətnaməsinin TƏLƏBLƏRİ

Nəqliyyat pilotu şəhadətnaməsi yalnız təyyarə və helikopter kateqoriyasındakı hava gəmilərinə şamil olunur. Şəhadətnamə almaq üçün ərizəçi ən azı 21 yaşında olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda əksini tapıb.

Nəqliyyat pilotu şəhadətnaməsi, həvəskar və kommersiya pilotu şəhadətnamələri sahiblərinə verilən imtiyazları da əhatə edir. Kommersiya hava daşımalarında hava gəmisinin kapitanı kimi çıxış etmək bu imtiyazlardan biridir. Ərizəçi praktiki bacarıq testində istifadə olunan hava gəmisi üzrə növ ixtisas qeydi ilə bağlı tələbləri yerinə yetirməlidir. Təlim kursu inteqrasiya olunmuş təlim və ya modul kurs şəklində keçirilə bilər. Ərizəçi nəzəri bilik imtahanını keçməlidir. Həmçinin, hava gəmisinin kateqoriyasına uyğun olaraq praktiki bacarıq testindən də keçməlidir. Təlimlər və testlər ərizəçini müvafiq bacarıqlara yiyələndirəcək şəkildə təşkil edilir.

Seçilən
16
heftelik.az

1Mənbələr