Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı obyektlərin yerləşdirilməsi üçün torpaq sahəsinin sərhədləri yerli icra hakimiyyətləri və bələdiyyələr tərəfindən müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları”nda əksini tapıb.
Bu sərhədlər, memarlıq-tikinti və yerquruluşu xidmətləri tərəfindən təyin olunmalıdır. Torpaq sahəsinin istifadəsinə dair müvafiq sənədlər (dövlət aktı və ya şəhadətnamə) sifarişçiyə təhvil verilir. Bu sənədlər, torpaqdan istifadə hüququnu və tikinti şərtlərini əks etdirir. Sifarişçi bu sənədləri alaraq, layihə və tikinti işlərinə başlamaq üçün zəmin yaradılır. Torpaq sahəsinin sərhədləri müəyyən edildikdən sonra tikinti işlərinə başlanır. Torpaq sahəsinin ayrılması prosesi yerli icra hakimiyyəti orqanlarının nəzarəti altındadır. Bu mərhələdə hüquqi tələblərə tam riayət olunması vacibdir.