AZ

La Liqa: “Vilyarreal”dan “Espanyol” üzərində çətin qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 26-cı turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə qarşılaşması “Vilyarreal”la “Espanyol” arasında baş tutub.

“Vilyarreal” doğma meydanda keçirilmiş bu qarşılaşmada 3 xalı tək qolla qazanıb. Bu qələbədən sonra “Vilyarreal” xallarının sayını 55-ə çatdıraraq yarış cədvəlinin 5-ci pilləsinə yüksəlib. “Espanyol” isə 39 xalla 13-cü sırada qalıb.

İspaniya La Liqasına 76 xala malik “Barselona” liderlik edir. “Real” 72 xalla ikinci, Madridin digər təmsilçisi “Atletiko” isə 66 xalla üçüncüdür.

İspaniya, La Liqa
26-cı turun oyunu
27 aprel

Vilyarreal – Espanyol 1:0
Qol: Pino, 52.

Seçilən
13
arena.az

1Mənbələr