İtaliya 1-ci Futbol Liqasının (Serie A) 34-cü turunda "Yuventus" evdə "Monza"nı 2:0 hesabı ilə məğlub edib.
Sherg.az xəbər verir ki, "Yuventus" stadionunda 11-ci dəqiqədə argentinalı cinah oyunçusu Niko Qonzales ev sahibini 1:0 önə keçirib. Fransız hücumçu Kolo Muani isə 33-cü dəqiqədə hesabı 2:0 edib.
Oyuna start heyətində başlayan türkiyəli milli futbolçu Kənan Yıldız, ilk yarı bitmədən rəqibinə dirsəklə zərbə vurduğu üçün karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırıldı.
Bu nəticə ilə "Yuventus" xallarını 62-yə yüksəldərək 4-cü pillədə qərarlaşıb. "Monza" isə 15 xalla 20-ci və son sırada yer alır.