AZ

Tapılan qızları sığınacağa yerləşdirdilər

Dünən gecə saatlarında Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalar nəticəsində tapılan 2 yeniyetmə qız "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

 

Bu barədə APA-ya "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

 

Qeyd edilib ki, polis əməkdaşlarının iştirakı ilə dünən 2 yeniyetmə təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması və reabilitasiya keçməsi məqsədi ilə sığınacağa qəbul olunub: "Tərəfimizdən dərhal hər iki uşaq ilkin tibbi müayinələrdən keçirildi. Hazırda vəziyyətləri orta-stabildir, psixoloji gərginlikləri var".

Seçilən
4
14
senzor.az

10Mənbələr