AZ

Tahir Süleymanov AFFA-nın baş katibi ilə görüşdü

AFFA-nın İcraiyyə Komitəsinin son iclasında Tahir Süleymanovun təklifləri müzakirə olunmuş, detallarla bağlı təqdimatın hazırlanması qurumun katibliyinə tapşırılmışdı. Həmin vaxt Tahir bəylə əlaqə saxladıqda məlum olmuşdu ki, AFFA rəhbərliyi ilə görüşü nəzərdə tutulub. Artıq həmin görüş olub.

Bu haqda bilgi almaq üçün Süleymanova müraciət etdik:
“AFFA İcraiyyə Komitəsində qeyd etdiyiniz müraciətə baxılandan sonra məsələnin hazırlıq mərhələsi, hesabatı katibliyə tapşırılıb. Baş katib Cahangir Fərəcullayevin dəvəti ilə görüşümüz oldu. Futbolda yenidi, özü də bunu etiraf edir, görüş konkretlikdən daha çox tanışlıq xarakteri daşıdı. Bununla yanaşı, bir çox məqama toxunuldu, problemlərin həlli yolları göstərildi,İnkişaf Strategiyasının həyata keçirilməsi, 15-20 ildi Azərbaycan futbolunu sıfra endirənlərlə birgə dirçəltməyin mümkünsüz olduğu xüsusi vurğulandı. Detallara varmaq istəmirəm, futbola yanaşmada daha həssas münasibət, peşəkarlıq tələb olunur. AFFA-nın strukturu nizamnaməyə və yeni strategiyanın tələblərinə uyğun qurulmalı, futbolun inkişafı naminə şərait yaradılmalıdı. İcraiyyə Komitəsində baxılan müraciətin həll edilməsi ölkə futbolunun dirçəlməsi, inkişafı yolunda çox vacibdi”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
6
football-plus.az

1Mənbələr