AZ

Vasili Berezutski: "Qarabağ"la oyunda "Sabah" 1 xala layiq idi

BAKI. 27 aprel. TELEQRAF

"İlk növbədə, rəqibi çempionatın qalibi olması münasibətilə təbrik edirəm".

Teleqraf xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Vasili Berezutski evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssisin sözlərinə görə, komandası bir xala layiq idi: "Bu gün həqiqətən də hər iki tərəfin ifasında qarşılıqlı kəskin hücumların şahidi olduq. Bərabər səviyyəli oyun oldu. Düşünürəm ki, biz bu gün 1 xala layiq idik".

Berezutski Azərbaycan Kubokunun finalında da qarşılaşacaqları “Qarabağ”ı favorit hesab etdiyini bildirib: "Kubokun finalı bir oyundan ibarətdir. Nə baş verəcəyini bilmək olmaz. Amma biz yenə də “Qarabağ”ı kubokun finalında favorit hesab edirik. Azərbaycan çempionatında belədir ki, hər rəqiblə 4 dəfə qarşılaşırsan və sənin özünün də müəyyən ümidlərin olur".

Seçilən
6
teleqraf.com

1Mənbələr