AZ

“Sabah” - “Qarabağ” 1:1 - Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının 32-ci turunun bu gün keçirilmiş “Sabah” – “Qarabağ” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
32-ci tur
27 aprel

“Sabah” – “Qarabağ” 1:1
Qollar: Boyan Letiç, 73 – Redon Cica, 42-pen.
Sarı vərəqələr: Con İrasabal, 40 (qeyri-idman hərəkəti). Boyan Letiç, 59 (qeyri-idman hərəkəti) – Musa Qurbanlı, 46 (qeyri-idman hərəkəti). Aleksey İsayev, 64 (qeyri-idman hərəkəti). Abbas Hüseynov, 84 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 20:00. “Masazır Arena”, 3960 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Rəhman İmami.
Dördüncü hakim: Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

Sabah: 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev (12. Vensan Till, 79), 32. Elgün Dünyamalıyev (17. Tellur Mütəllimov, 46), 7. Boyan Letiç, 20. Coy Lens Mikels (70. Jesse Sekidika, 62), 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 3. Con İrasabal (5. Rəhman Daşdəmirov, 46), 13. İvan Lepinitsa (8. Ayaz Quliyev, 62).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 89. Rauf Əyyubov, 10. Namiq Ələsgərov, 15. Seymur Məmmədov, 33. Umarali Rahmonaliyev.
Baş məşqçi: Vasili Berezutski.

Qarabağ: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov (27. Toral Bayramov, 90+1), 24. Aleksey İsayev (90. Nəriman Axundzadə, 90+1), 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica (10. Abdullah Zubir, 78), 21. Aleksey Kaşuk (15. Leandro Andrade, 78), 11. Emmanuel Addai (9. Kadi Borges, 85).
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 2. Mateus Silva.
Baş məşqçi: Qurban Qurbanov.

Seçilən
11
arena.az

1Mənbələr