Quraq keçən qış aylarından sonra Konya vilayətinin Ilgın rayonunda sakinlər toplu şəkildə yağış duasına çıxdılar. Bu zaman leysan yağışı başlayıb.
Sherg.az xəbər verir ki, Çiğil məhəlləsinin sakinləri yaşanan quraqlıq səbəbilə bu gün günorta saatlarında yağış duası üçün bir araya gəliblər.
Məhəllə sakinləri toplu şəkildə dua edərkən leysan yağmağa başlayıb.
Bəziləri dua etməyə davam edib, bəziləri isə islanmamaq üçün yaxınlıqdakı qapalı yerlərə sığınıb.
Məhəllə mühtarı Yüksel Güzelgöz: “Çox sevincliyik. İnşallah bu yağışlar bərəkət gətirər,” – deyə bildirib.