AZ

Pezeşkian: İran Naxçıvana yol üçün öz ərazisindən keçidə razıdır

İran artıq öz ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yolun açılması üçün işlər görüb və bu istiqamətdə razılaşma var.  

İran Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin qurulması üçün öz ərazisindən yol verməyə hazırdır və bu istiqamətdə razılaşma əldə olunub.

Operativ Media xəbər verir ki, bu barədə o, AzTV-yə müsahibəsində danışıb.  

İran Prezidenti qeyd edib ki, Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq iki ölkə arasında münasibətlərin inkişafına töhfə verə bilər.

Onun sözlərinə görə, sənaye, ticarət, səhiyyə, elm, mədəniyyət və idman sahələrində geniş əməkdaşlıq imkanları mövcuddur.  

Zəngəzur dəhlizi məsələsinə toxunan Pezeşkian vurğulayıb ki, İran artıq öz ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yolun açılması üçün işlər görüb və bu istiqamətdə razılaşma var.  

Eyni zamanda, o bildirib ki, əgər Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını və ərazi bütövlüyünü pozmursa, bu, İran üçün də problem yaratmır.

Seçilən
28
operativmedia.az

1Mənbələr