AZ

Mstislav Rostropoviçin anım günü ilə əlaqədar onlayn fləş-mob keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də dünyaşöhrətli violonçelist, dirijor Mstislav Rostropoviçin vəfatının 18-ci ildönümü ilə bağlı onlayn fləş-mob keçirilib.

Leopold və Mstislav Rostropoviçlərin Ev-muzeyindən AZƏRTAC-a verilən məlumata görə, onun adını daşıyan muzeyin sosial şəbəkə hesablarında “Mstislav Rostropoviç üçün ifa edirəm” (#Mymusicforrostropovich) həştəqi ilə çoxsaylı paylaşımlar edilib. Hər kəs ifasını Maestronun əziz xatirəsinə həsr edib.

Fləş-moba 1 nömrəli uşaq gənclər inkişaf mərkəzi, İncəsənət Gimnaziyası, Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi, Bülbül adına orta ixtisas məktəblərinin şagirdləri və başqa peşəkar musiqiçilər öz ifaları ilə qoşulublar. Onlayn layihə böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, M.Rostropoviç 1927-ci il martın 27-də Bakıda violonçelist Leopold Rostropoviç və piano ifaçısı Sofya Fedotovanın ailəsində dünyaya göz açıb.

Seçilən
0
1
azertag.az

2Mənbələr