Azərbaycanlı Elmin Əliyev Macarıstanın paytaxtı Budapeştdə tanınmış güləş məşqçisi İmre Baracsinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnirin qalibi olub.

Offsideplus.az xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

E.Əliyevdən başqa ənənəvi yarışda U-20 milli komandamızın digər üzvləri Kamran Rəcəbli (72 kq), Cavad Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) da mübarizə aparıblar.

Turnir bitdikdən dərhal sonra güləşçilərimiz Macarıstanın Tata şəhərinə yollanıblar. Təmsilçilərimiz burada aprelin 27-dən mayın 2-dək bir neçə komandanın iştirakı ilə keçiriləcək təlim-məşq toplanışına qatılıblar.