AZ

Pezeşkian Azərbaycanla münasibətdən danışdı - Ölkəmizdə bəziləri bizi də qəbul etmir

BAKI, 27 aprel. TELEQRAF

"Ölkəmizdə bəziləri bizi də qəbul etmir".

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian AzTV-yə eksklüziv müsahibəsində deyib.

Prezident, zaman-zaman iki ölkə arasında baş verən gərginlik barədə fikirlərini bölüşüb: "Bütün ölkələrdə bəziləri danışmamalı olduğu sözləri danışırlar və çərçivələri sındırırlar. Ölkəmizdə bəziləri özümüzü də qəbul etmir. Biz siyasi və ictiami elita olaraq çalışmalıyıq ki, bəzilərinin ölçülməmiş hərəkətləri yuxarlara təsir etməsin. Uşaqlıqda bir-birmizlə dalaşardıq, sonra isə barışardıq. Ancaq böyükləri işə cəlb etdikdə onlar küsülü qalırdılar. Uşaqların davasına görə böyüklər onların təsirir altına düşməməlidir. Bütün varlığımızla Aərbaycandakı bacı-qardaşlarımıza sevgi bəsləyirik, onları sevirik və özümüzdən hesab edirik. Bütün əzizlərimizə başıucalıq arzu edirik".

Seçilən
2
2
teleqraf.com

3Mənbələr