Azərbaycan Güləş Federasiyası (AGF) daha bir idman zalını inventarla təmin edib.
Offsihttps://offsideplus.az/deplus.az xəbər verir ki, bu dəfə Qazax rayonu 2-ci Şıxlı kəndinin idman zalı güləş xalçası və digər avadanlıqlarla təchiz olunub.
Adıçəkilən kənddə güləş zalı ilə tanışlıq zamanı AGF-nin baş katibi Nəsimi Musayev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax UGİM-in direktoru Rəhim Namazov, AGF-nin baş katibinin müavini Orxan Məmmədov və əməkdar məşqçi Ramiz Tağıyev çıxış edərək, federasiya rəhbərliyinin diqqət və qayğısı nəticəsində yaradılan bu şərait fonunda yaxın gələcəkdə güləş məktəbinin yüksək nəticələr verəcəyinə inandıqlarını bildiriblər.
Bu idman zalında əməkdar məşqçi, SSRİ idman ustası Müşviq Eyyubovun rəhbərliyi altında 40-a yaxın yeniyetmə və gənc sərbəst güləşin sirlərinə yiyələnir.
Qeyd edək ki, Azərbaycanda güləşin inkişafı üçün kəndlərin idman zallarında infrastrukturun yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər keçirən AGF bundan öncə Qusar, Salyan və Goranboy rayonlarında analoji addımlar atmışdı.