“Qrenlandiya heç vaxt alına biləcək bir mülk olmayacaq”.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu adanın Baş naziri Yens-Frederik Nilsen Kopenhagendə Danimarkanın Baş naziri Mette Frederiksen ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.
“Biz güclü tərəfdaşlığa və gələcək inkişafa hazırıq. Lakin biz hörmət istəyirik. Biz heç vaxt kiminsə ala biləcəyi mülk olmayacağıq”, – Qrenlandiyanın baş naziri qeyd edib.
Frederiksen ABŞ Prezidenti Donald Trampla görüşmək barədə suala belə cavab verib:
“Biz mövqeyimizi çox açıq şəkildə ifadə etmişik. Biz həmişə ABŞ prezidenti ilə görüşməyə hazırıq”.