AZ

Suraxanıda çoxmərtəbəli binanın lifti iki aydır işləmirŞİKAYƏT/VİDEO

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsində yerləşən binanın lifti iki aydır ki, işləmir.

Xezerxeber.az-ın məlumatına görə, lift işləmədiyindən sakinlər doqquzmərtəbəli binaya piyada qalxmalı olurlar.

Sakinləri deyirlər ki, problem bir neçə aydır davam edir.

Sakinlərin iddiasına görə, liftin sıradan çıxmasına səbəb İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşlarının su xəttini kəsməsi olub. Bildirilib ki, boru liftin şaxtasında olduğundan oradan axan su lifti sıradan çıxarıb.

104 saylı Mənzil İstismar Sahəsinin əməkdaşı, binanın lifti üzrə məsul şəxsi Pəricahan Məmmədova da faktı təsdiqləyib.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinindən mövqe öyrənməyə çalışdıq. Lakin rəsmi iş günü olmadığından məsələyə aydınlıq gətirilmədi. Sakinlər isə problemin ən qısa vaxtda həll olunacağına ümid edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

 

Seçilən
11
xezerxeber.az

1Mənbələr