Bakı. Trend:
Əlcəzairin şimal-qərbində yerləşən Oran əyalətində baş verəntorpaq sürüşməsi faciəyə səbəb olub.
Trend xarici KİV-əistinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatınıitirib, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Mülki müdafiə qurumlarının yaydığı məlumata görə, torpaqsürüşməsi paytaxt Əlcəzairdən təxminən 400 kilometr məsafədəyerləşən Ard Şebat bölgəsində baş verib. Təbii fəlakət nəticəsində5 evə ciddi ziyan dəyib.
Həlak olanlar arasında iki qadın və iki uşaq da var. Yaralılarınyaşı 12-dən 75-ə qədər dəyişir. Onlardan yeddisi mülki müdafiəbölmələri tərəfindən təxliyə olunub, digərləri isə şəxsi nəqliyyatvasitələri ilə xəstəxanalara çatdırılıb.
Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir. Torpaqsürüşməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətindəaraşdırmalara başlanılıb.