Fiziki məhdudiyyətli şəxsin adına bankdan ötən ilin fevral ayında kredit götürüldüyü bildirilir.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə şikayətçi Nazim Atakişiyev deyib.
O bildirib ki, fiziki məhdudiyyətli oğlunun adına kredit götürülüb. Həmin borc ödənilmədiyinə görə 150 manat olan müavinətindən hər ay 70 manat pul tutulur.
Nazim Atakişiyev deyir ki, banka getsə də, ona konkret söz deyilməyib.
Şikayətçi deyir ki, polisə müraciət edib, onlar isə Xətai Rayon Məhkəməsinə yönləndirib. Məhkəmədə ərizə yazdıqdan sonra məktub gəlib ki, 30 gün ərzində məhkəməyə çağırılacaqsız. Üstündən bir il keçsə də heç bir çağırış olmayıb.
Nazim Atakişiyev onu da bildirir ki, həmin banka müraciət edəndə, deyirlər ki, nitq problemi olan insana onlayn kredit verə bilməzlər.
Bununla bağlı adıçəkilən bankdan “Xəzər Xəbər”ə bildirildi ki, məsələ araşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: