AZ

Prezident İlham Əliyev Pezeşkiana başsağlığı verdi


Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.

Seçilən
44
49
baki-xeber.com

10Mənbələr