Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, üçüncü oyun gününün ilk qarşılaşması Bayılda baş tutub.
Burada “Səbail” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəliblər. Rəşad Əhmədovun idarə etdiyi oyunda qapılara 2 qol vurulub. Tərəflər yekunda hərəyə 1 xalla kifayətləniblər.
Bu nəticədən sonra “Araz-Naxçıvan” 54 xalla Premyer Liqanın yarış cədvəlində 3-cü, “Səbail” isə 21 xalla sonuncudur.
Premyer Liqa
32-ci tur
27 aprel
“Səbail” – “Araz-Naxçıvan” 1:1
Qollar: Marko Nikoliç, 76 – Ülvi İsgəndərov, 30.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 17:30.
Səbail: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 97. Oruc Məmmədov, 10. David Qomis (k), 3. Dmitri Litvin, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 14. Süleyman Alluş.
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 91. Tural Mirsultanov, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 67. Rəvan Abasov, 44. Amir Bilali, 7. Madi Keta, 5. Gitay Sofir.
Baş məşqçi: Elvin Məmmədov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 17. İssuf Paro, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 23. Nuno Rodriqes, 14. Miço Kurmanoviç.
Baş məşqçi: Elmar Baxşıyev.