"Real Madrid"də cari mövsüm işləri yolunda getməyən Karlo Ançelottinin klubdan ayrılması daha tez gerçəkləşə bilər.
Offsideplus.az "Sky Sports"a xəbər verir ki, italyan çalışdırıcı gələn həftə "Kral klubu" ilə vidalaşacaq. İspaniya Kral Kubokunun finalında "Barselona"ya məğlubiyyəti (3:2) bu prosesi daha da gücləndirib.
Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandıran "Real" hazırda La Liqada lider "Barselonadan 4 xal geridədir.
Qeyd edək ki, 2021-ci ildən ispan klubunu çalışdıran 65 yaşlı mütəxəssis karyerasında ikinci dəfə Madrid təmsilçisi ilə vidalaşacaq. O, daha öncə 2013-2015-ci illərdə "Real"ın baş məşqçisi olub.