
Fransanın sağçı "Milli Birlik" partiyasının lideri Jordane Bardella 2027-ci il prezident seçkilərində namizəd olmaq istədiyini açıqlayıb. O, bunu, partiyanın parlament fraksiyasının rəhbəri Marin Le Pen seçkilərdə iştirak edə bilməyəcəyi təqdirdə edəcəyini bildirib. Bu barədə o, Parisien qəzetinə verdiyi müsahibədə bəyan edib.Bardella bildirib: "Hazırda vacib olan, birləşmiş və möhkəm qalmağımızdır. Mən əminəm ki, Marin Le Pen mənim namizədimdir. Və əgər sabah ona namizəd olmaq hüququ verilməzsə, mən bildirirəm ki, öz namizədliyimi irəli sürəcəyəm."O, həmçinin qeyd edib ki, partiya, Le Pen və tərəfdarlarının günahsızlığını müdafiə etmək üçün bütün mövcud hüquqi vasitələrdən istifadə edəcək.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Naxçıvanda hərbi sursatlar aşkar edilib, zərərsizləşdirilib: FOTO- VİDEO
Azərbaycan Mərakeşdəki Mədəniyyət Günündə Zəngin İrsini Tanıtdı - FOTO- VİDEO
İmmunlaşdırma Həftəsi: Sağlam Gələcək üçün Peyvəndin Əhəmiyyəti