AZ

İslandiya Aİ-yə üzvlüklə bağlı danışıqları bərpa etməyi planlaşdırır

Bakı. Trend:

İslandiya ABŞ-də yeni administrasiyanın hakimiyyətə gəlməsifonunda öz müdafiə qabiliyyətini gücləndirməyi və Avropa İttifaqına(Aİ) üzvlüklə bağlı danışıqları bərpa etməyi nəzərdən keçirir.

Trend xəbər verirki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

İslandiyanın xarici işlər naziri Torqerdur Katrin Qunnarsdottirbildirib ki, ölkə 2027-ci ildən gec olmayaraq Aİ-yə üzvlük üzrədanışıqların davam etdirilməsi məsələsinə dair referendum keçirməyiplanlaşdırır. Bununla yanaşı, avroya mümkün keçid və İslandiyakronunun saxlanması ilə bağlı üstünlüklərin və çatışmazlıqlarınqiymətləndirilməsi məqsədilə ekspert komissiyasının yaradılmasınəzərdə tutulur.

Xatırladaq ki, İslandiya 2013-cü ildə Aİ-yə üzvlüklə bağlıdanışıqları dayandırıb və 2015-ci ildə özünü Aİ-yə namizəd ölkəhesab etmədiyini rəsmən bəyan etmişdi. Lakin beynəlxalq siyasətdəbaş verən dəyişikliklər, xüsusilə də ABŞ-nin yeniadministrasiyasının addımları İslandiyanı bu məsələyə yenidənbaxmağa sövq edib.

Müdafiə sahəsində də ölkə təhlükəsizliyini gücləndirməkistiqamətində addımlar atır. Xarici işlər naziri Torqerdur KatrinQunnarsdottir ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrigeneral Çarlz Q. Braun kiçik ilə görüşərək Arktika və ŞimaliAtlantikada əməkdaşlıq, hibrid təhlükələrə qarşı mübarizə və ümumitəhlükəsizlik məsələlərini müzakirə edib.

İyunda keçirilən sorğunun nəticələrinə görə, islandiyalıların54%-dən çoxu Aİ-yə qoşulmanı dəstəkləyir, 74,2%-i isə bu məsələninreferendum vasitəsilə həll olunmasını vacib hesab edir.

İslandiya bununla beynəlxalq vəziyyətdəki dəyişiklikləri vəmilli maraqları nəzərə alaraq həm müdafiə sahəsində güclənməyə, həmdə Avropa İttifaqına inteqrasiya imkanlarını yenidəndəyərləndirməyə çalışır.

Seçilən
15
3
az.trend.az

6Mənbələr