AZ

İran Prezidenti: Xilasetmə işləri davam edir

BAKI, 27 aprel. TELEQRAF

Hökumət rəsmiləri Şəhid Rəcai limanı hadisəsi ilə bağlı məsələləri həll etmək və lazımi əməkdaşlıq qurmaq üçün Hörmüzqan əyalətindədir.

Teleqraf İRNA-ya istinadən xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bazar günü Bəndər Abbasa planlaşdırılmamış səfəri zamanı belə deyib.

Hava limanında jurnalistlərə açıqlama verən Pezeşkian bildirib ki, xilasetmə xidmətləri, o cümlədən yanğınsöndürənlər, fövqəladə xidmətlər, İslam İnqilabı Keşikçiləri Korpusu və ordunun limandakı yanğını söndürmək üçün fasiləsiz səyləri davam edir.

Prezident hadisənin nəticələrinin aradan qaldırılmasında əməyi olan bütün bölmələrə minnətdarlığını bildirib və hökumətin yaranmış problemlərin aradan qaldırılması üçün bütün lazımi tədbirləri görəcəyini vurğulayıb.

İranda Şəhid Rəcai limanında baş verən partlayışa görə aprelin 28-i matəm günü elan olunub.

Xatırladaq ki, aprelin 26-da İranın Şəhid Rəcai limanında partlayış baş verib. Hadisə nəticəsində həyatını itirənlərin sayı 36 nəfəri keçib, 6 nəfər itkin düşüb, 1139 nəfər isə yaralanıb.

Seçilən
68
teleqraf.com

1Mənbələr