AZ

Vaşinqton və Tehran arasında nüvə proqramı üzrə danışıqların növbəti raundu keçiriləcək

Bakı. Trend:

Vaşinqton və Tehran arasında İranın nüvə proqramı üzrədanışıqların növbəti raundu yaxın iki həftə ərzində Omanınvasitəçiliyi ilə Avropa ölkələrinin birində baş tutacaq.

Trend-inməlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrəistinadla xəbər yayıb.

Mənbələrdən biri bildirib ki, ABŞ tərəfi İranın təkliflərinitəhlil etmək üçün vaxta ehtiyacı olduğunu vurğulayıb və əlavə edibki, Vaşinqton danışıqları ABŞ-yə daha yaxın və daha əlverişli biryerdə aparmaqda maraqlıdır.

Qeyd edək ki, ABŞ və İran arasında dialoqun üçüncü raundu şənbəgünü Maskatda başa çatıb.

Seçilən
18
2
az.trend.az

4Mənbələr