AZ

Cüdo millimiz AÇ-nin 1/8 finalında Gürcüstana məğlub oldu

Monteneqronun paytaxtı Podqoritsa şəhərində təşkil olunmuş cüdo üzrə Avropa çempionatı bu gün başa çatacaq.

Arena.az xəbər verir ki, yarışın son günündə Azərbaycan yığması qarışıq komandaların mübarizəsinə qatılıb.

Cüdoçularımız 1/8 final mərhələsində Gürcüstan millisinə məğlub olublar – 0:4.

Günel Həsənli (70 kq), Zelim Kotsoyev (100 kq), Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) üçün qarşılaşmalar uğursuz alınıb.

Qarışıq komanda yarışında 15 ölkə (154 cüdoçu: 77 kişi, 77 qadın) mübarizə aparır.

Xatırladaq ki, cüdoçularımız turnirin fərdi yarışlarında 5 medal (1 gümüş, 4 bürünc) qazanıblar. Zelim Kotsoyev (100 kq) gümüş medal qazanıb. Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medala layiq görülüblər.

Seçilən
14
arena.az

1Mənbələr