Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin Trend-ə verdiyi xəbərə görə, yarımadanın bəziyerlərində leysan xarakterli yağışların yağması və şimşək çaxmasıehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcəaşağı enəcək.