AZ

Atışmalar ŞİDDƏTLƏNDİ - Qardaş ölkə qırıcıları HAVAYA QALDIRDI

Hindistan-Pakistan sərhədində vəziyyət gərginləşir.

Ajans.az bildirir ki, xarici KİV-in yaydığı məlumata görə, Pakistan Hərbi Hava Qüvvələri tam döyüş hazırlığına gətirilib. Hazırda toqquşmalar atıcı silahlarla davam edir və tədricən nəzarət xəttinin yeni sahələrinə yayılır.

Döyüşlərin xüsusilə Lipa-Velli, Nilum və Samxanidə qeydə alındığı bildirilir. Cammu və Kəşmir bölgəsində, o cümlədən Lipa vadisində güclü atışmaların olduğu vurğulanıb.

İddiaya görə, Pakistan hərbçiləri Hindistan Ordusunun açdığı atəşə cavab verib. Lakin hadisənin detalları rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Ölən və yaralananlar barəsində məlumat verilmir.

Seçilən
21
2
turanpress.com

3Mənbələr