Bakı. Trend:
Braziliya Futbol Konfederasiyası, Karlo Ançelottinin millikomandaya rəhbərlik təklifini qəbul edəcəyinə əmindir.
Trend xəbər verirki, bu barədə jurnalist Fabrizio Romano məlumat verib.
Romano qeyd edib ki, Ançelottinin iyunun 15-də başlayacaqKlublararası Dünya Çempionatı başlamazdan əvvəl baş məşqçi kimitəyin edilməsi planlaşdırılır. Federasiya nümayəndələri hazırdaİspaniyada danışıqlar aparır və italiyalı mütəxəssisin çalışdığı"Real Madrid"dən rəsmi cavab gözləyirlər.
Əvvəlcə Ançelottinin 65 yaşında olmasına baxmayaraq, 2026-cıilin yayına qədər "Real Madrid"lə müqaviləsi olmasına rəğmən,mövsümün sonunda klubunu tərk etməsi gözlənilirdi.