AZ

"Siti"nin 40 milyon avroluq təklifi rədd edildi

"Mançester Siti" "Portu"nun qapıçısı Dioqo Kostanın transferi üzərində işləyir.

90deqiqe.Az "Caught Offside"ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının nəhəng klubu 25 yaşlı qolkiper üçün artıq ilkin təklif göndərib.

Lakin "şəhərlilər"in 40 milyon avroluq təklifi "Portu" tərəfindən rədd edilib. Məlumata görə, "Mançester Siti" hazırda Kostanın transferi üçün təkmilləşdirilmiş yeni təklif hazırlayır.

"Əjdahalar"ın qapıçını təxminən 60 milyon avroya satacağı gözlənilir.

Dioqo Kosta "Portu"nun yetirməsidir. Bu mövsüm qapıçı 41 oyun keçirib və bu oyunda 44 qol buraxıb.

Seçilən
12
90deqiqe.az

1Mənbələr