"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yaxın günlərdə Madrid klubundakı vəzifəsini tərk edə bilər.
90deqiqe.Az-ın "Relevo"ya istinadən verdiyi xəbərə görə, Braziliya Futbol Konfederasiyası may ayında italiyalı mütəxəssisin yığmaya baş məşqçi təyin olunması ilə bağlı danışıqları sürətləndirməyi planlaşdırır.
Bildirilib ki, Braziliya tərəfi Ançelottiyə 2030-cu il dünya çempionatının sonuna qədər uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır. Federasiya belə hesab edir ki, bu təklif təcrübəli çalışdırıcının bəzi tərəddüdlərini aradan qaldıra bilər.
Əvvəl braziliyalılar Ançelottiyə daha qısa - 2026-cı il dünya çempionatının sonuna qədər müqavilə təklif etməyi planlaşdırırdılar.
Şənbə günü Ançelottinin rəhbərlik etdiyi "Real Madrid" İspaniya Kral Kubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə uduzub.