AZ

"Müəllim, uşaqlar dalaşır!" – Sinifdə gərgin anlarda necə davranmalı?

     Sinifdə sakit şəraitdə dərs keçmək hər müəllimin arzusudur. Amma reallıq bəzən fərqli olur. Uşaqlar arasında anlaşılmazlıq, söz güləşməsi, hətta əksər vaxtlarda fiziki dalaşmalar da baş verir. Belə hallarda müəllim nə etməlidir? Qışqırsın? Cəza versin? Yoxsa... dayanıb, sakit şəkildə vəziyyəti idarə etsin?Əslində, dalaşma bir siqnaldır – uşaq nəsə demək istəyir, amma sözlə yox, davranışla. Bəs biz bu siqnalı necə oxumalıyıq?Tehsilforumu.Az məktəb mühitində qaçılmaz olan yuxarıda qeyd edilən xoşagəlməz vəziyyətlərdən çıxış yollarını araşdırıb. - İlk növbədə, təmkinliyinizi qoruyun – Unutmayın, sizin hər bir reaksiyanız şagirdlər üçün örnəkdirUşaqlar müəllimin reaksiyasını izləyir. Əgər müəllim əsəbi davranırsa, bu gərginliyi artırır. Dərhal sakit bir səs tonu ilə dalaşan uşaqları ayırın, heç kimi təhqir etməyin, heç kimi açıq-aşkar günahlandırmayın.- Dalaşan uşaqları kənara çəkin və dinləyinBəzən iki tərəf də haqlı ola bilər. Uşaqları ayrı-ayrılıqda danışdırmaq, onları anlamağa çalışmaq həm qarşılıqlı hörmət yaradır, həm də uşağın özünü dəyərli hiss etməsinə səbəb olur.- "Cəza" yerinə "Dərs" verinƏn vacib məqam budur. Məqsəd uşağı qorxutmaq deyil, ona düzgün davranışın nə olduğunu göstərməkdir. “Əgər sən bu cür davransan, nəticəsi belə olur” prinsipi ilə düşünməyə təşviq edin. Barışdırıcı suallar verin: “Səncə başqa cür necə həll edə bilərdin?”- Kiçik "Sülh müqavilələri"Dalaşmadan sonra sadəcə “barışın” demək kifayət etmir. Onları kiçik bir məşğələ ilə birgə işə cəlb edin – məsələn, bir tapşırığı birlikdə yerinə yetirmək. Bu, aradakı gərginliyi yumşaldır və əməkdaşlıq ruhunu bərpa edir.- Davamlı təqib və valideynlə əlaqəUnutmayaq ki, bir dəfə dalaşmaq normaldır, amma bu hal davamlı olaraq təkrarlanırsa, bu, şagirdlər arasında münasibətlərin ciddi problemə çevrildiyindən xəbər verir. Valideynlərlə əlaqə saxlayın, uşağın emosional vəziyyəti haqqında fikir mübadiləsi aparın.Müəllim yalnız dərs keçib bilik öyrətmir, həm də uşaqların həyatında ilk sosial mentorudur. Onların içindəki qəzəbi, anlaşılmazlığı və narahatlığı tənqid yox, təlimlə düzəltmək mümkündür.Aymirə AğamirovaTehsilForumu.Az 

Seçilən
13
50
tehsilforumu.az

10Mənbələr