Gələn həftə ikinci prezidentlik müddətinin ilk 100 gününü qeyd edəcək ABŞ Prezidenti Donald Trampın komandası artıq növbəti 100 gün üçün fəaliyyət planı hazırlayıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələrinə istinad edən KİV-lər yazıb.
Məlumata görə, Tramp administrasiyası qarşıdakı dövrdə əsas diqqəti ticarət sazişlərinə və sülh danışıqlarına yönəldəcək. Tramp administrasiyası bir neçə ölkədən ABŞ-a səyahətə məhdudiyyətlərin gücləndirilməsini də planlaşdırır. Həmçinin yeni ticarət sazişlərinə nail olmaq istənilir.
Qeyd edək ki, Tramp növbəti həftə prezidentliyinin 100 günü münasibətilə Miçiqan ştatında mitinq keçirməyi planlaşdırır.