Milli Məclisin deputatı Pərvanə Vəliyeva Xətai rayonu məktəblərindən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yüksək nəticə göstərmiş bir qrup şagird və onların valideynləri ilə görüşüb.
Newscenter.az xəbər verir ki, millət vəkili əldə etdikləri uğura görə gəncləri və onların valideynlərini təbrik edib. Pərvanə Vəliyeva görüşdə sevinc hissi ilə bildirib ki, ölkəmizdə belə ağıllı, savadlı, məsuliyyətli, təhsildə yüksək nəticələr göstərən gənclərimiz var.
Millət vəkili bu il qəbul imtahanlarında iştirak edəcək bütün abituriyentlərə uğurlar diləyib, onlara işıqlı gələcək arzulayıb.
Qeyd edək ki, buraxılış imtahanlarında yüksək nəticə göstərmiş gənclərin hər biri artıq Prezident təqaüdünə namizəd və üç nəfər isə maksimum 300 balı toplamaqla, 700 bala namizəddir.
Süleyman