Bakı. Trend:
İran hökuməti ölkənin cənubunda yerləşən Bəndər Abbas şəhərininŞəhid Rəcai limanında baş verən faciəvi hadisə ilə əlaqədar 28aprel matəm elan edir.
Trend-inməlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani“X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, İran prezidenti Məsud Pezeşkian da hadisəniyaxından izləmək üçün Bəndər Abbas şəhərinə səfər edib.
Qeyd edək ki, 26 apreldə İranın Şəhid Rəcai limanında güclüpartlayış baş verib. Partlayış nəticəsində 28 nəfər ölüb, 800 nəfərxəsarət alıb. Hadisədən sonra baş verən yanğının böyük ölçüdəməhdudlaşdırıldığı bildirilir.