
Azərbaycan Milli İncəsənəti Muzeyində maraqlı bir tədbir keçirilib. Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Belarus tədris-mədəniyyət mərkəzinin bir qrup nümayəndəsi muzeyi ziyarət edib. Qonaqlar burada AMİM-in “1920-80-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı ekspozisiyasını, eləcə də muzeydə davam edən “Y.Pen, Y.Kruqer. Belarusda rəssamlıq təhsilinin baniləri” adlı sərgini böyük maraqla izləyiblər.
Bu sərgi Belarus Respublikasının Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilən rəngkarlıq və qrafika əsərlərini nümayiş etdirir. Qonaqlar sərgidəki əsərlərlə tanış olaraq, Azərbaycan və Belarus rəssamlığının inkişafı ilə bağlı mühüm məlumatlar əldə ediblər.
Bu tədbir iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Naxçıvanda hərbi sursatlar aşkar edilib, zərərsizləşdirilib: FOTO- VİDEO
Azərbaycan Mərakeşdəki Mədəniyyət Günündə Zəngin İrsini Tanıtdı - FOTO- VİDEO
İmmunlaşdırma Həftəsi: Sağlam Gələcək üçün Peyvəndin Əhəmiyyəti